Driver
- Full-time
- Global Contract type: Temporary
- Region: EMEA
- Area: Middle East
- Global Department: Supply Chain
Company Description
Sika 21 il əvvəl Azərbaycanda fəaliyyətə başladığı gündən bugünə kimi bütün qrup şirkətləri arasında istehsalı, satışları, insan qaynaqları və Ar-Ge baxımından aparıcı təşkilatlar sırasındadır. Sika İnşaat Kimyəviləri fabriki Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Ümumi istehsal gücü illik 105 000 ton olan müəssisəmiz 30-dan çox işçisi ilə istehsal sahəsində fəaliyyət göstərir. İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılan fabrik yerli olaraq toz məhsulları və beton, sement qatqıları istehsal edir.
Etibar və inam bizim tərəfdaş və əməkdaşlığımızın əsasıdır və bizi Sika şirkəti edən məhz göstərdiyimiz yüksək xidmət və məhsullarımızla bağlı yeniliklərimizdir.
Job Description
- Malların Bakı və digər regionlara mütəmadi olaraq daşınmasını həyata keçirmək;
- Lazımı ünvanlara malları vaxtında və sağlam vəziyyətdə çatdırmaq;
- Avtomobili idarə etdiyi zaman peşə etiketı qaydalarına riayət etmək;
- Avtomobilin təmizliyinə nəzarət etmək;
- Maşını uzunmüddətli saz vəziyyətdə saxlamaq üçün bütün saxlama qaydalarını, vasitələri bilməli (qoruyucu losyonlar, təmizlik mayelərin, və s. vaxtında istifadə etmək, birbaşa düşən günəş işığda, qışda isti su ilə yumamaq), texniki baxışların vaxtları, texniki xidmətləri şin təzyiqi, şin istismarı və s. avtomobilin istismar instruksiyaları bilməli;
- Avtomobili vaxtı-vaxtında texniki baxışdan keçirtmək;
- ISO 9001-2015 standartı üzrə müvafiq işləri görmək və daxili əməliyyatların standarta uyğun şəkildə aparmaq;
- Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Rəhbərliyin verdiyi digər vəzifələri yerinə yetirmək.
Əməyin Təhlükəsizliyi və Sağlamlığı
- Korporativ yük maşınını yol hərkəti qaydalarına, şirkət siyasətinə və təhlükəsizlik normativ sənədlərinə uyğun idarə etmək;
- Reysdən əvvəl və resydən sonra yük maşınının saz vəziyyətdə olduğundan əmin olmaq üçün, ışıqlar, təkərlər kimi önəmli sistemləri yoxlamaq;
- Reys qabağı tibbi müayinədən keçmək;
- Daşıma zamanı qəzaların baş verməsinin qarşısını almaq üçün yüklərin düzgün yükləndiyindən, sabitləndiyindən əmin olmaq;
- Yük maşınında olan fövqəladə hal avadanlıqlarının tam komplekt və saz vəziyyətdə olmasından əmin olmaq;
- Hər hansı qəza və bədbəxt hadisələri zamanında SƏTƏM şöbəsinə vəbirbaşa rəhbərinə bildirmək və daxili prosedurlara uyğun olaraq davranmaq;
- Müştəri sahələrində olan zaman orada qeyd olunan SƏTƏM qaydalarına və fərdi mühafizə vasitələri rejiminə əməl etmək;
- Müəssisə daxili SƏTƏM qaydalarına ciddi əmək etmək;
- Müəssisədə təşkil olunan əməyin mühafizə üzrə təlim və tədbirlərdə iştirak etmək;
Qualifications
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydaları bilməli;
- Yol hərəkəti qaydalarını bilməli.
Additional Information
We offer competitive salaries, aligned with local market benchmarks and the specific scope and responsibilities of each role. Compensation is determined based skills relevant to the position, education and/or training. We are committed to fair and equitable pay practices in accordance with applicable laws and regulations.
By clicking the link above or any third-party link within this posting, you are leaving this site and going to a third-party website where the third-party website's terms and privacy policy apply